Arvadını doğradı, oğlanı güllələdi

Hadisə

19.02.2023 - 10:50

Tərtərdə kişi arvadını və başqa bir nəfəri qətlə yetirib

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri, 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

AYNA Tərtər Rayon Prokurorluğuna istinadən xəbər verir ki, rayon prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə, sonuncunun əri, 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az