“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

Xəbərlər

15.08.2022 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

Artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.

Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş