Aprel ayı üçün sosial ödənişlərin ödəniləcəyi tarix açıqlanıb

Xəbərlər

22.04.2022 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Aprelin 26-da bütün müavinət, təqaüd, kompensasiya və sosial yardımlarının ödənilməsi nəzərdə tutulub

Respublika üzrə aprel ayının müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi vaxtı məlum olub.  AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, aprelin 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş