Kərimovların meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Məlumatına görə, batanlar Qazax sakinləri 1985-ci il Günay Kərimova və onun övladları 2008-ci il təvəllüdlü Nurlan Kərimov, 2003-cü il təvəllüdlü Akşin Kərimovdur.