"Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib".
AYNA-nın məlumatına görə, bunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506-dır. Bununla yanaşı, məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.
Elnur Musayev deyib ki, bu günə qədər Amnistiya Aktı nəticəsində ümumilikdə 1921 nəfər azadlığa buraxılıb. İdarə rəisi həmçinin onu da qeyd edib ki, sözügedən rəqəmlər sabit deyil və dinamik şəkildə dəyişir.