Amerikalı həkimdən COVID-19 <font color=red> PROQNOZU</font>

Dünya

12.07.2020 - 18:26

“Koronavirusun üçüncü dalğası da gözlənilir”

 

Amerikalı həkim Çad Kriliç yeni növ koronavirus infeksiyasının daha bir dalğasının yaxınlaşdığını proqnozlaşdırıb. AYNA xarici mətbuata istinadən bildirir ki, mütəxəssisin fikrincə, dövlətlər və insanlar lazımi tədbirlər görməzsə, yoluxanların sayı daha da artacaq.

 

O, xatırladıb ki, ABŞ mayda məhdudiyyətləri aradan götürməyə başladıqdan sonra xəstələnənlərin sayı artıb. Kriliç əsas diqqəti insanları dərman vasitələri, test sistemləri və qoruyucu vasitələrlə təmin etməyə yönəldib.

 

“Qripin yayılması fonunda dünyanı koronavirusun daha bir – üçüncü dalğası da gözləyir. Həmin dalğanın meydana gəlməsi insanların davranışlarından və Covid-19 peyvəndinin tapılmasından asılı olacaq. Bu, üç aktlı oyun kimi bir şeydir və biz indi ikinci aktdayıq. Daha sonra üçüncü olacaq”, - deyə həkim vurğulayıb.

Müəllif: Ayna.az