Amerikada orta məktəbdə atışmada ölənlərin sayı artıb, yaralılar var

Dünya

25.05.2022 - 09:23

Həkimlər Klinikalar SEO Xidməti

Atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törətdiyi bildirilir

ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub. AYNA bu barədə xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.

Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir:  "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb".

Bundan əvvəl iki məktəblinin öldüyü barədə məlumat yayılmışdı. ABC-nin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, 10-dan çox yaralı var.

Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş