AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib

Xəbərlər

19.05.2022 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu ləğv edilib.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərmanda qeyd olunub.

Fərmana əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş