AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib

Xəbərlər

04.04.2022 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Sənədlər 5 aprel - 5 may tarixlərində AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib. Bu barədə AYNA-ya AMEA-dan bildirilib.

Qeyd olunub ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş