İstehlaka yararsız 62 ton süd məhsulu məhv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsulunu məhv edib. AYNA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə müraciəti əsasında ümumi çəkisi 62,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.