Almaniya və Estoniyada Moskvaya dron hücumlarını dəstəklədi

Dünya

22.08.2023 - 17:33

cedabet dərman SEO Xidməti

“Ukraynanın öz ölkəsini və xalqını qorumaq üçün BMT Nizamnaməsində təsbit edilmiş hüququ var”

Almaniya və Estoniya Ukraynanın Rusiyaya dron hücumlarını dəstəkləyib. AYNA xarici mediaya istinadən bildirir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok və onun estoniyalı həmkarı Marqus Tsaxna birgə mətbuat konfransı zamanı Rusiyaya PUA hücumlarını müdafiə ediblər.

Brifinqdə nazirlərdən Kiyevin PUA-larının Moskva üzərində aktivliyinin artmasının müharibəni daha da genişləndirməsindən ehtiyat edib-etmədikləri soruşulub.

Burbok cavabında bildirib ki, Ukraynanın öz ölkəsini və xalqını qorumaq üçün BMT Nizamnaməsində təsbit edilmiş hüququ var.

Nazir həmçinin qeyd edib ki, Berlin Kiyevə hərbi dəstək verməyə davam edəcək.

Tsaxna isə deyib: "Rusiya Ukraynada baş verən hər şeyə görə cavabdehdir və Ukraynanı başa düşmək və dəstəkləmək lazımdır".

Qeyd edək ki, bir neçə dəfə Moskva səmasına dronlarla hücum edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş