Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib

Dünya

05.08.2023 - 01:51

cedabet dərman SEO Xidməti

Ukraynaya hərbi yardımlar davam etdirilir

Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib. AYNA xəbər verir ki, müvafiq sənəd Bundestaqın saytında yerləşdirilib.

Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.

Bununla yanaşı, Ukraynaya 40 "Marder" piyada döyüş maşını, altı "Bergepanzer-2" zirehli texnikası, yeddi mobil, uzaqdan idarə olunan minatəmizləmə sistemi, beş "SurveilSPIRE" mobil kəşfiyyat sistemi daxil olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş