Almaniya Ukraynaya silah göndərilməsinin qarşısını alıb

Dünya

22.01.2022 - 05:39

Qərar silahlanmanın qarşısını almaq üçün verilib

Almaniya Estoniyadan Ukraynaya artilleriya göndərilməsinin qarşısını alıb.

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Məqalədə qeyd olunur ki, Berlin bu qərarı silahlanmanın qarşısını almaq üçün verib.

“ABŞ, Britaniya, Polşa və digər müttəfiqlərdən fərqli olaraq, Almaniya hökuməti öldürücü silahların birbaşa Ukraynaya ixracını qadağan edib”, - nəşr yazır.

Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, alman silahlarının birbaşa tədarükü və ya üçüncü ölkələr vasitəsilə ixracı yalnız bu halda indiyədək verilmiş xüsusi icazə alındıqdan sonra mümkündür. 

Qeyd olunur ki, Berlinin mövqeyi Ukrayna məsələsində Qərb alyansındakı fikir ayrılıqlarını nümayiş etdirir.

Müəllif: Ayna.az