Almaniya Ukraynadakı qaçqınlara yardım edəcək

Dünya

04.09.2022 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Daxili qaçqınlara dəstək proqramı üçün 200 milyon avro göndəriləcək

Berlin Kiyevə qaçqınlar üçün 200 milyon avro məbləğində yeni maliyyə yardımı paketini təqdim edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Sveniya Şulze bildirib.

"Bizim yeni yardımımızın əhəmiyyətli hissəsi Ukrayna hökumətinin məcburi köçkünlərə dəstək proqramına yönəldilməlidir", - deyə nazir söyləyib.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) Ukraynaya beş milyon avro göndərəcəyi bildirilib. Qeyd olunub ki, göndərilən məbləğ “təcili xərclərin”, o cümlədən dövlətin vətəndaşlarına maaş və müavinətlərin ödənilməsi üçün nəzərdə tutulacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş