Almaniya Ukrayna ilə bağlı mövqeyinə görə ABŞ-ın etimadını itirib

Dünya

30.01.2022 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Volfqanq İşinqer: “Almaniyanın reputasiyasına zərbə vurulub”

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinqer bildirib ki, Almaniyanın Ukrayna ilə bağlı təmkinli mövqeyi digər tərəfdaş ölkələrdən Almaniyaya olan nüfuz və etibarın itirilməsinə səbəb olub. Bu barədə AYNA TASS-a istinadən bildirir.

Diplomatın sözlərinə görə, ABŞ və digər tərəfdaşlar Ukraynanı silahla təmin etmək istəmədiyinə görə, eləcə də, “Şimal axını 2” qaz kəmərində mövqeyinə görə indi Almaniyanı qınayırlar.

“Almaniyanın reputasiyasına zərbə vurulub. Əlbəttə, bunu düzəltmək olar. Almaniya hakimiyyətinin təmkinli mövqeyi Rusiyanın lehinədir. Şübhəsiz ki, müxtəlif alman siyasətçilərinin dedikləri Moskvada dəqiqliklə izlənilir”, - deyə Münhen Təhlükəsizlik Konfransının rəhbəri söyləyib.

İşinqer həmçinin bildirib ki, son bir neçə gündə Vaşinqton, Brüssel və Kiyevdə Almaniya haqqında deyilən hər şey onda qorxu və təşviş yaradır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş