“Almaniya üçün Alternativ” Partiyasının fəaliyyəti qadağan edilib

Dünya

02.05.2025 - 17:54

Həkimlər Klinikalar SEO Xidməti

İfrat sağçı “Almaniya üçün Alternativ” Partiyası ekstremist elan olunub

Almaniyanın Konstitusiyanı Mühafizə İdarəsi AfD-ni ekstremist təşkilat elan edib

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) Partiyasının fəaliyyəti qadağan edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Konstitusiyanın Müdafiəsi Federal İdarəsi məlumat yayıb.

Agentlik AfD-ni “insan ləyaqətinə məhəl qoymayan sağçı ekstremist təşkilat” kimi tanıyıb. Qeyd olunub ki, partiyanın siyasəti “əhalinin müəyyən qruplarını cəmiyyətin həyatında bərabər iştirakdan kənarlaşdırmağa” yönəlib.

İdarə qərardan əvvəl AfD-nin fəaliyyətinin hərtərəfli araşdırıldığını da bəyan edib.

Aprel ayında AfD öz tarixində almanlar arasında ən böyük populyarlığını əldə edib. Ölkədə aparılan sorğu nəticəsində məlum olub ki, partiyanı əhalinin 26 faizi dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş