“Zelenskinin ritorikası itirilmiş ərazilərin qaytarılmasına, 1991-ci il sərhədlərinə qayıtmağa yönəlib”
“Ukrayna lideri Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı arasında münaqişə itirilmiş ərazilər və ordunun imkanları səbəbindən baş verib”. AYNA xəbər verir ki, bu sözləri NTV telekanalına müsahibəsində Almaniya Bundesverinin istefada olan polkovniki və hərbi ekspert Volfqanq Rixter deyib.
“Zelenskinin ritorikası itirilmiş ərazilərin qaytarılmasına, 1991-ci il sərhədlərinə qayıtmağa yönəlib. Zalujnı isə bunu tam illüziya hesab edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Zalujnı Ukrayna Silahlı Qüvvələrinin hərbi imkanlarını qiymətləndirib və müdafiəyə keçmək əmrini verib. Rixter qeyd edib ki, Zelenski məhz bu səbəbdən hərbi rəhbərlikdə dəyişikliklər barədə düşünür.