Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb

Xəbərlər

17.03.2022 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

94 min 323 nəfər ərizəsini təsdiq edib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. 

Qeyd edilib ki, bu gün saat 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna martın 4-dən başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş