Akif Musayev dəfn olunub

Xəbərlər

12.07.2022 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

AMEA-nın müxbir üzvü son mənzilə yola salınıb

Tanınmış iqtisadçı alim və elm təşkilatçısı, iqtisad elmləri doktoru, professor, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev Yasamal qəbiristanlığında dəfn edilib.

AMEA-dan AYNA-ya verilən məlumata görə, vida mərasimində Rəyasət Heyətinin üzvləri, İqtisadiyyat İnstitutunun əməkdaşları, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə əklillər düzülüb, çıxışçılar Akif Musayevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar oxuyublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş