Aİ Rusiya ilə müharibə aparmır: "Bizə münaqişənin həlli yolları lazımdır" 

Dünya

02.03.2022 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

Jozef Borell: "Nüvə müharibəsindən danışmaq son dərəcə məsuliyyətsiz davranışdır"

"Avropa İttifaqı Rusiya ilə müharibə aparmır, amma indiki vəziyyətdə Ukraynanı dəstəkləyir". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.

“Sanksiyalar vacibdir, lakin bu, siyasət deyil, yaranmış vəziyyətə reaksiyadır. Bizə münaqişənin həlli yolları lazımdır və bu, diplomatiya ilə əlaqəli olmalıdır. Rusiya ilə müharibə aparmırıq, lakin hücuma məruz qalanın tərəfindəyik. Nüvə müharibəsindən danışmaq son dərəcə məsuliyyətsiz davranışdır”, - deyə Aİ rəsmisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş