Aİ diplomatları Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Dünya

12.12.2024 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

“Səfirlər Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiyalar paketini indicə razılaşdırıblar”

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasındakı nümayəndəliyi məlumat yayıb.

“Səfirlər Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiyalar paketini indicə razılaşdırıblar”, - deyə bəyanatda bildirilir.

Qeyd olunub ki, yeni sanksiyalar paketinə fərdi sanksiyalarla yanaşı, Rusiya Federasiyasına yardım edən üçüncü ölkələrin məhkəmələrinin fəaliyyətinin məhdudlaşdırılması da daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş