Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb - <font color=red> FOTOLAR</font>

Xəbərlər

15.12.2020 - 17:51

Obyektin sahibi və orada olan 4 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub

 

Ağsu rayonu Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

 

Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub. Polis Şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb (FOTO) - Gallery Image

Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb (FOTO) - Gallery Image

Müəllif: Ayna.az