Ağsu sakinindən qanunsuz saxladığı “Tula” götürülüb

Xəbərlər

31.01.2022 - 08:51

Həkimlər Klinikalar SEO Xidməti

Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib

Ağsu sakininin sənədsiz odlu silahı müsadirə edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş