Xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin kafi olduğu bildirilir
Ağstafada zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Nuranə Miriyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 15 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.