Ağstafada qanunsuz saxlanılan silahlar aşkarlanıb

Xəbərlər

14.03.2021 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Silahları saxlayan şəxslər məsuliyyətə cəlb olunub

 

Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan bir ədəd ”ZK” modelli, 24 kalibirli, tək lüləli ov tüfəngi, rayonun Ağgöl kənd sakinindən “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan bir ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı, 16 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

 

Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində bir ədəd sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi aşkar edilib.

 

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş