Ağstafada partlayış olub, ölənlər var

Xəbərlər

23.04.2023 - 02:26

cedabet dərman SEO Xidməti

Ağstafa rayon prokurorluğu Ağstafadakı partlayışla bağlı məlumat yayıb

Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan APA-ya bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş