Ağstafada iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Hadisə

19.03.2024 - 19:18

Zərərçəkənlərin vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir

Ağstafa rayonunda ağır yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Aşağı Kəsəmən kənd sakinləri - 1982-ci il təvəllüdlü T.Bodurova, 1965-ci il təvəllüdlü S.Bodurova, 1990-cı il təvəllüdlü A.Bodurova və 2003-cü il təvəllüdlü S.Edilov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az