Həkimlərin səyinə baxmayaraq gənci xilas etmək mümkün olmayıb
Ağstafada bədbəxt hadisə baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə Aşağı Göycəli kəndində qeydə alınıb.
1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlan xəstəxanada dünyasını dəyişib.
Məlumata görə İ.Qəhramanov qonaq getdiyi evdə arı sancıb. Faktla bağlı araşdırma aparılır