Ağstafada əkin sahəsindən meyit tapılıb

Xəbərlər

01.09.2022 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

İlqar Bağırovun ürək tutmasından öldüyü bildirilib

Ağstafada əkin sahəsində meyit tapılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlunun halı əkin sahəsində kartof yığan zaman pisləşib. O, əkin sahəsində ölüb.

Əkin sahəsində fəhlə işləyən İ.Bağırovun ürək tutmasından öldüyü bildirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş