Agentlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Xəbərlər

13.01.2022 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

Tabeli təşkilatlara tapşırıq verilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

AAYDA-dan AYNA-ya verilən məlumatda bildirilib ki, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq, agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş