Şəhidlər Xiyabanı və buradakı tarixi-mədəni abidələr ziyarət edilib
Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. AYNA xəbər verir ki, bu barədə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə paylaşım edib.
Qeyd edilib ki, Ağdamdan olan şəhidlərin adına ağac əkilib, Şəhidlər Xiyabanı və buradakı tarixi-mədəni abidələr ziyarət edilib.