Ağdamda partlamamış döyüş sursatları aşkar edilib - VİDEO

Xəbərlər

23.02.2024 - 17:27

Həkimlər Klinikalar SEO Xidməti

Döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Qeyd olunub ki, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş