Ağdamda mina partlayıb: ANAMA əməkdaşı xəsarət alıb

Hadisə

05.12.2023 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparılır

Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman dekabrın 5-də mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş