Polis 35 yaşlı kişini taparaq ailə üzvlərinə təhvil verib
Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.