Ağdamda buldozer minaya düşüb

Xəbərlər

27.03.2022 - 19:55

Həkimlər Klinikalar SEO Xidməti

Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

 

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş