Adlardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır

Xəbərlər

26.04.2022 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Əli Hüseynli: "Şuşa adından istifadə ilə bağlı problem öz həllini tapmış olacaq"

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun keçən il Prezident tərəfindən təqdim ediləndən sonra qəbul edildi”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif olunan dəyişiklik Şuşa şəhərinin adından istifadə ilə bağlıdır: “Bütövlükdə, Azərbaycan qanunvericiliyi hüquqi adlardan istifadə qaydalarını müəyyən edib. Adlardan istifadə qaydaları ümumilikdə bizim hüquq sistemində problem olaraq qalır. Şuşa şəhəri haqqında xüsusi qanun olduğu üçün Şuşa adından istifadə ilə bağlı problem öz həllini tapmış olacaq. Bütövlükdə adlardan istifadə ilə bağlı Mülki Məcəlləyə yeni bir neçə maddə əlavə ediləcək. Qanunvericilik təşəbbüsü edən orqanla bunu müzakirə etmişik. Bu zaman adlardan istifadə ilə bağlı problem ortadan qalxacaq. Müzakirələr zamanı deyildi ki, "Normativ hüquqi aktlar haqqında qanunun 2.5-ci maddəsi ilə ziddiyyət yaranarsa, onda Mülki Məcəlləyə istinad olunacaq. Amma Mülki Məcəllə ancaq məhdudiyyəti, qadağanı göstərir. Ancaq bu gün təqdim olunan dəyişiklik isə isə tənzimləməni göstərir. Yəni burada Şuşa adından istifadə qadağan olunmur, sadəcə tənzimlənir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş