Abşeronda son illərin nadir hadisəsi qeydə alınıb

Xəbərlər

10.02.2020 - 18:05

Umayra Tağıyeva: “Güclü külək Bakıya qar yağmasını əngəllədi”

 

“Bu günlərdə ilk dəfə nəhayət ki, qış özünü göstərdi. Demək olar ki, bütün ölkə bəzi yerlərdə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək enib.

 

“Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı. Saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq, yaxın rayonlarda müşahidə olunan yaxşı qarın Bakıya yağmasını əngəllədi”, - nazirlik rəsmisi bildirib.

 

U.Tağıyeva əlavə edib ki, bu gün axşamadək arabir saniyədə 30  metrədək əsən  güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək: “Fevralın 11-də güclü küləyin gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qar yağması kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş