“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”
ABŞ Yəmənə hava zərbələri endirib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.
Hava zərbələri nəticəsində 33 nəfər həlak olub, 80 nəfər isə yaralanıb. Məlumatı husilərin nəzarətində olan "Al Masirah" telekanalı yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib. Bu barədə məlumat komandanlığın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb.
“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, paylaşımda vurğulanıb.
"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.