ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər

Dünya

12.05.2025 - 09:13

Həkimlər Klinikalar SEO Xidməti

Danışıqların nəticəsi ABŞ-ın 1,2 trilyon dollarlıq ticarət kəsirinin azaldılmasına kömək edəcək

ABŞ və Çin rəsmiləri Cenevrədə iki günlük danışıqlardan sonra ticarət kəsirinin azaldılması ilə bağlı razılığa gəldiklərini və detalların bu gün açıqlanacağını bildiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin nümayəndələrinə istinadən məlumat yayıb.

“ABŞ-ın Maliyyə Naziri Skott Bessent və iki Çin nazirinin müavini ilə danışıqlarda iştirak edən ABŞ Ticarət Nümayəndəsi Jamison Qreer danışıqların nəticəsini ABŞ-ın 1,2 trilyon dollarlıq ticarət kəsirinin azaldılmasına kömək edəcək "Çinli tərəfdaşlarımızla əldə edilmiş razılaşma" kimi xarakterizə etdi", - deyə mənbə agentliyə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş