ABŞ USAID-in Ukraynadakı əməkdaşları ilə müqavilələri ləğv edəcək

Dünya

23.05.2025 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

“Son iş günü və müqavilənin yeni variantı 2025-ci il iyulun 1-dir"

ABŞ iyulun 1-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı əməkdaşları ilə müqavilələrə rəsmən ləğv edəcək. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə ABŞ dövlət satınalmaları portalındakı sənədlərdə qeyd edilib.

Söhbət humanitar proqramların əməkdaşlarından gedir. Onların bəziləri Donald Trampın ABŞ-ın son prezident seçkilərində qalib gəlməsindən sonra işə götürülüb.

O cümlədən, portal iqtisadi artım üzrə baş məsləhətçinin, qlobal sağlamlıq təhlükəsizliyi üzrə baş texniki məsləhətçinin, donorların əlaqələndirilməsi üzrə məsləhətçinin, humanitar proqramların baş analitikinin, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunda işləmək üçün namizədlərin onlayn sınaqdan keçirilməsi üzrə mütəxəssisin və İİV/QİÇS üzrə məsləhətçinin işdən çıxarılması barədə məlumat verib. Lakin konkret mütəxəssislərin adları açıqlanmır.

İşçilərin müxtəlif dövrlər üzrə müqavilələrinin məbləğləri də verilib. Bunlardan ən bahalısı 455.000 dollara başa gələn PR mütəxəssisi olub.

Xitam dəyişikliyində belə yazılıb: "Bu dəyişikliyin məqsədi hökumətin maraqları naminə müqaviləyə xitam verməkdir. Son iş günü və müqavilənin yeni variantı 2025-ci il iyulun 1-dir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş