ABŞ Ukraynaya daha çox döyüş sursatı verəcək

Dünya

20.04.2022 - 01:33

Həkimlər Klinikalar SEO Xidməti

Psaki: "Təsdiqlənmiş hərbi yardım paketindən daha çox vəsait təqdim edə bilərik"

ABŞ Ukrayna Silahlı Qüvvələrinə davam edən hərbi yardım çərçivəsində daha çox döyüş sursatı verəcək. AYNA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

"Sözsüz ki, biz daha çox döyüş sursatı göndərəcək, daha böyük hərbi yardım göstərəcəyik. Təsdiqlənmiş hərbi yardım paketindən daha çox vəsait təqdim edə bilərik. Bu məsələnin konkret detalları üzərində Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik üzrə komandamız çalışır. Bura döyüş sursatları və silahlanmanın müxtəlif növləri daxildir", - deyə o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş