ABŞ Ukraynadakı səfirliyində hərbi müşavirlərin sayını artırmaq istəyir

Dünya

21.04.2024 - 13:59

“Müşavirlər hərbi əməliyyatlarda iştirak etməyəcək, Ukrayna hakimiyyətinə və hərbçilərinə məsləhət, dəstək verəcəklər”

ABŞ Kiyevdəki Amerika səfirliyinə əlavə hərbi müşavirlər göndərməyi nəzərdən keçirir. AYNA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder “Politico”ya bildirib.

“Bu münaqişə boyu Müdafiə Departamenti təhlükəsizlik şərtləri dəyişdikcə ölkədəki mövcudluğumuzu nəzərdən keçirdi və düzəliş etdi. Hazırda biz səfirliyin Müdafiə üzrə Əməkdaşlıq Ofisini gücləndirmək üçün bir neçə əlavə məsləhətçi göndərməyi düşünürük”, - Rayder söyləyib.

Onun sözlərinə görə, müşavirlər hərbi əməliyyatlarda iştirak etməyəcək, lakin Ukrayna hakimiyyətinə və hərbçilərinə məsləhət, dəstək verəcəklər.

Pentaqonun sözçüsü izah edib ki, şöbə döyüşdən kənar müxtəlif məsləhət və dəstək missiyalarını yerinə yetirir.

Müəllif: Ayna.az