"Hazırda onların bundan necə istifadə etmək istədiklərini müzakirə edirik"
ABŞ hakimiyyəti Ukrayna ilə danışıqlar aparır və Kiyevə “Starshield” peyk sisteminə çıxışın verilməsinin mümkün olub-olmadığını müəyyən edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
"Hazırda onların bundan necə istifadə etmək istədiklərini müzakirə edirik", - deyə o, Özbəkistana yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
Rubio vurğulayıb ki, “Starlink”dən fərqli olaraq, bu, tamamilə hərbi sistemdir. O əlavə edib ki, Ukraynanın hazırda “Starshield”ə çıxışı yoxdur.
"Onlar bizdən Rusiyaya qarşı uzun mənzilli zərbələr endirmək üçün onlara çıxış təmin etməyimizi istədilər", - deyə dövlət katibi əlavə edib.