ABŞ səfiri Ağdama səfər edəcək

Xəbərlər

22.11.2021 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

Li Litzenberqer: “Regionlara səfər onun işinin bir hissəsidir”

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə diplomatın özü bildirib.

“Mən Azərbaycanın müxtəlif regionlarına səfər etmişəm. Geri qaytarılmış ərazilərə gəlincə, mən Zəngilanda olmuşam. ABŞ Səfirliyinin əməkdaşları Füzuli və Ağdamda səfərdə olublar. Mən özüm də tezliklə Ağdama səfər edəcəyəm”, - səfir qeyd edib.

Diplomat deyib ki, regionlara səfər onun işinin bir hissəsidir: “Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Lənkəran, Şəki, Gəncə və Naxçıvanda olmuşam. Elə ərazilər var ki, mən ora hələ səfər etməmişəm. Təbii ki, həmin ərazilərə də səfər edəcəyəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş