ABŞ COVİD-19-a qarşı dərman və peyvəndlərin istehsalını sürətləndirmək üçün heç bir qlobal təşəbbüsdə iştirak etməyəcək
ABŞ ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında gərginlik artmaqda davam edir.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidentinin ÜST-ə yardımları dayandırmasından sonra ABŞ rəsmiləri koronavirusla mübarizədə ÜST-ə heç bir yardım etməyəcəklərini bildirmişdi.
Buna əsasən, ABŞ-ın Cenevrədəki nümayəndəliyinin sözçüsü COVİD-19-a qarşı dərman və peyvəndlərin istehsalını sürətləndirmək üçün heç bir qlobal təşəbbüsdə iştirak etməyəcəklərini bildirib.
Qeyd edək ki, ABŞ ÜST-ə maliyyə yardımını dayandırdıqdan sonra Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel BMT-yə və təşkilata dəstək verəcəklərini açıqlayıblar.