Birləşmiş Ştatlar icarəyə götürülmüş 70 min kvadratmetrlik ərazidə konsulluq binası tikməyi planlaşdırır
Qazaxıstan Almatıdakı torpaq sahəsini ABŞ hökumətinə 49 il müddətinə icarəyə verəcək. AYNA qazax mediasına istinadən bildirir ki, Qazaxıstan Parlamentinin deputatları müvafiq qanun layihəsini qəbul ediblər.
Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və ABŞ qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.
Birləşmiş Ştatlar icarəyə götürülmüş 70 min kvadratmetrlik ərazidə konsulluq binası tikməyi planlaşdırır.