ABŞ Peskov daxil olmaqla 66 nəfəri "qara siyahı"ya salıb

Dünya

04.03.2022 - 05:50

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.

AYNA "Report"a istinadən xəbər verir ki, bununla yanaşı, 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə qarşı da sanksiya tətbiq edilib.

Sanksiya siyahısında Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin, Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalov, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov, "Soçi" klubunun prezidenti Boris Rotenberq, milyarder Alişir Usmanov, Rusiyanın maliyyə naziri Anton Siluanovun da adı var.

Eyni zamanda dezinformasiya yayan yeddi Rusiya təşkilatına da qarşı sanksiya tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş