ABŞ-nin Kolumbiyadakı səfirliyi viza verilməsini dayandırıb

Dünya

27.01.2025 - 07:35

Həkimlər Klinikalar SEO Xidməti

Marko Rubio vizanın verilməsinin dayandırılması barədə göstəriş verib

Amerika Birləşmiş Ştatlarının Kolumbiyadakı səfirliyinin konsulluq şöbəsi viza verilməsini müvəqqəti dayandırıb.

AYNA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Kolumbiya Prezidenti Qustavo Petro əvvəllər icazə verdiyi iki repatriasiya uçuşunu qəbul etmədiyinə görə ABŞ dövlət katibi Marko Rubio dərhal ABŞ səfirliyinin Boqotadakı konsulluq şöbəsində vizanın verilməsinin dayandırılması barədə göstəriş verib.

ABŞ bununla deportasiya edilmiş miqrantları qəbul etməkdən imtina edən kolumbiyalı məmurlara və rəsmi şəxslərə səyahət məhdudiyyətləri qoyub. Sözügedən məhdudiyyətlər onların ailə üzvlərinə də şamil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş