ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə gəlib

Dünya

04.08.2024 - 11:44

cedabet dərman SEO Xidməti

Kurilla ABŞ və müttəfiqlərinin İranın İsrailə qarşı mümkün hücumuna hazırlaşdığı bir vaxtda Yaxın Şərq regionuna səfər edib

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də ABŞ və müttəfiqlərinin İranın İsrailə qarşı mümkün hücumuna hazırlaşdığı bir vaxtda Yaxın Şərq regionuna səfər edib. AYNA xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, CENTCOM rəhbəri Fars körfəzinin bir sıra ölkələrinə, İordaniyaya və İsrailə səfər edəcək və İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq. Bununla belə, mənbələrə görə, aprelin 13-də İsrailə doğru uçan İran pilotsuz təyyarələrinin tutulmasında böyük rol oynadığı üçün Kurillanın səfərinin əsas istiqaməti İordaniya olmalıdır.

“Axios” yazıb ki, Amerika və İsrail tərəfləri İran və şiə Hizbullah hərəkatının birgə əməliyyat keçirməyə qərar verib-verməyəcəyini bilmirlər. Mənbələr hücumun bazar ertəsi gözlənildiyini bildirib.

Portal yazır ki, ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Komandanlıq hələlik şərh verməyib.

Xatırladaq ki, iyulun 31-ə keçən gecə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb. HƏMAS bu qətlin İsrail tərəfindən törədildiyini iddia edir. İran bunun cavabsız qalmayacağını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş