Məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı Maliyyə Nazirliyinin saytında dərc olunub
ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Qeyd edilib ki, yenilənmiş siyahıya İrandan olan vətəndaşlar və təşkilatlar terrorizmlə əlaqəsinə, Şimali Koreyalılar isə kibertəhlükələrə görə daxil edilib.
Noyabrın 28-də respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır. Onun sözlərinə görə, təkcə son bir ayda Tehran Amerikanın regionda 70-ə yaxın mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.
Bundan bir neçə həftə əvvəl KXDR Xarici İşlər Nazirliyi Amerikanın dövlət katibi Antoni Blinkeni Koreya yarımadasında münaqişəni qızışdırmaqda ittiham edib.